Bakı. Trend:
Peruda ildırım futbolçunun həyatına son qoyub.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerli klublar arasında keçirilən oyun zamanı baş verib.
Məlumata əsasən, 39 yaşlı müdafiəçi ildırım zərbəsi nəticəsində dünyasını dəyişib. Onunla birlikdə daha 7 oyunçu yerə yıxılıb. Bütün xəsarət alanlar xəstəxanaya çatdırılıb.
Qeyd edilib ki, faciənin qarşısını almaq üçün komandaya bir neçə saniyə bəs etməyib. İldırım futbolçuları yeni başlamış fırtına səbəbindən meydanı tərk edərkən vurub.