...

Qanunsuz saxlanılan silah-sursat aşkar edilib

Cəmiyyət Materials 4 Noyabr 2024 10:37 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi ( DİN) məlumat yayıb.

Bildirilib ki, noyabrın 2-də və 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 1 tapança, 3 qumbara, 2 alışdırıcı, 6 tüfəng, 4 patron darağı və 150 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Xəbər lenti

Xəbər lenti