Bakı. Trend:
İran bu dəfə təkcə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) deyil, nizami ordunun da iştirak edəcəyi İsrailə qarşı cavab zərbəsinin miqyasını artıra bilər.
Trend-in məlumatına görə, bu barədə məlumat mənbələrə istinadən "The Wall Street Journal" nəşrinin materialında yer alıb.
Nəşr vurğulayıb ki, Tehran İsrailin son zərbələri nəticəsində iranlı hərbçilər və mülki şəxslər arasında itkilər olduğunu nəzərə alaraq belə bir qərar verib.
Lakin qeyd edilib ki, İranın reaksiyası bölgəyə qoşun yeritməyi nəzərdə tutmayacaq.