...

Cənubi Qafqaz Boru Kəməri üzrə əməliyyat və əsaslı xərclər artıb

Energetika Materials 5 Noyabr 2024 12:03 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin ilk üç rübü ərzində Cənubi Qafqaz Boru Kəməri (CQBK) üzrə əməliyyat xərcləri təqribən 60 mln. dollar, əsaslı xərclər isə təxminən 13 mln. dollar olub. Bu da ötən il ilə müqayisədə müvafiq olaraq 22,4% və 2,9 dəfə artıb.

Trend bu barədə BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin üçüncü rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Məlumata görə, ilin ilk üç rübü ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 61,7 mln. kubmetr olub.

CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları bunlardır: BP (operator – 29,99%), SGC (Cənub Qaz Dəhlizi, 21,02%), LUKOIL (19,99%), TPAO (19%) and NICO (10%)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti