...

8 Noyabr Azərbaycanda ədalət və haqqın qələbəsini simvollaşdırır - Ravil Qaynutdin

Cəmiyyət Materials 5 Noyabr 2024 13:06 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

8 Noyabr Azərbaycanda ədalət və haqqın qələbəsini simvollaşdırır.

Trend xəbər verir ki, bunu Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri, Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin Dini liderlərin Qlobal Bakı Sammitində deyib.

Ravil Qaynutdin Azərbaycan xalqını və dövlət xadimlərini İkinci Qarabağ müharibəsindəki Qələbə Günü münasibətilə təbrik edib.

"8 Noyabr Azərbaycanda ədalət və haqqın qələbəsini, işğalın sona çatmasını, müxtəlif dinlərin məbədlərinin yenidən dirçəlməsini və sülhün bərpasını simvollaşdırır. Mən Uca Allahdan istəyirəm ki, qardaş Azərbaycan inkişaf etsin və çiçəklənsin. Biz humanizm və insanlıq səviyyəsində danışıqlar aparırıq", - o qeyd edib.

Qeyd edək ki, Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP 29) çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Dini qurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramı tərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilir.

Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları - Patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri, ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, həmçinin, KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti