Bakı. Trend:
Türkiyənin İzmir və Mersin vilayətlərində Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyatda keçmiş 12 polis əməkdaşı saxlanılıb.
Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, İzmir Respublika Baş Prokurorluğu Terror Cinayətləri İstintaq Bürosu tərəfindən FETÖ-yə qarşı aparılan istintaqda adları keçən keçmiş 13 polis əməkdaşı haqqında həbs qərarı verilib.
İzmir vilayətinin Menemen, Bergama və Torbalı rayonları ilə Mersindəki 13 ünvana təşkil olunan əməliyyatda 12 şübhəli saxlanılıb.
Qeyd edilib ki, digər şübhəlinin saxlanılması üçün işlər davam edir.