Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) "AzPul" MMC bank olmayan kredit təşkilatını (BOKT) və onun vəzifəli şəxsini cərimə edib.
Bu barədə Trend Mərkəzi Banka istinadən xəbər verir.
Bildirilib ki, tənzimləyici qurum tərəfindən aparılmış kompleks yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2, 598.1.6-ci maddələrinə müvafiq olaraq Bank olmayan kredit təşkilatı "Azpul" MMC və onun vəzifəli şəxsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən müvafiq olaraq 50 000 (əlli min) manat və 10 000 (on min) manat məbləğində cərimə edilib.