...

bp-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə xərcləri 1116,5 milyon dollar təşkil edib

Energetika Materials 5 Noyabr 2024 13:04 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu il bp-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici podratçılarla imzaladığı müqavilələr üzrə yerli işçi qüvvəsinə (xidmətlərə) və materiallara çəkilmiş bilavasitə (subpodratçı) xərcləri 1116,5 milyon dollar təşkil edib. Bu, ötən il ilə müqayisədə 0,23% azalma deməkdir.

Bu barədə Trend BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin üçüncü rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Hesabat dövründə bp-nin 241 kiçik və orta müəssisə üzrə xərcləri 338,6 milyon dollar, 28 dövlət şirkəti üzrə xərcləri isə 35 milyon dollar təşkil edib.

Həmçinin bp yerli tərəfdaşı olan birgə müəssisələr (14 müəssisə üzrə) çərçivəsində 476,9 milyon dollar, 86 şirkət üzrə xarici podratçıların ölkə daxilində məsrəflərinə isə 266 milyon dollar xərcləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti