...

COP29 günlərində enerji təchizatının dayanıqlığı üçün əks-qəza məşqləri keçirilib (VİDEO)

Yaşıl iqtisadiyyat Materials 5 Noyabr 2024 10:27 (UTC +04:00)
COP29 günlərində enerji təchizatının dayanıqlığı üçün əks-qəza məşqləri keçirilib (VİDEO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verildiyi kimi, COP29 tədbirinin, o cümlədən, Bakı şəhərinin fasiləsiz və dayanıqlı elektrik təchizatının təmin edilməsi üçün kompleks qabaqlayıcı tədbirlər həyata keçirilir.

Trend xəbər verir ki, bu barədə “Azərenerji” ASC məlumat yayıb.

Bildirilib ki, bu tədbirlərin tərkib hissəsi olaraq hava durumu və digər fövqəladə şərait üzündənenerjisistemdə baş verə biləcək qəza hallarında operativ personalın hərəkəti, qəzanın aradan qaldırılması, işlərin qüsursuz təşkilinin simulyasiyası üçün əməliyyat heyətlərinin iştirakı ilə regional əks-qəza məşqləri keçirilib.

Əməliyyat heyyətinin bilik və vərdişlərinin artırılması, həmçinin, “Azərenerji” və “Azərişıq” ASC-lərin mərkəzi dispetçer idarəetməsi arasında koordinasiyanın gücləndirilməsi üçün keçirilən regional əks-qəza məşqində, əsasən şərti olaraq Bakı şəhərinin ötürücü şəbəkə infrastrukturunu enerjisistemlə əlaqələndirən 220 kV-luq elektrik verilişi xəttləri açılarsa, alternativ sxem yığılaraq ən qısa zamanda şəhərin elektrik enerjisi ilə təchizatının bərpa edilməsi simulyasiya edilib.

Əks-qəza məşqinə “Azərenerji” və “Azərişıq” ASC-lərin mərkəzi dispetçer xidmətlərinin, eyni zamanda ötürücü və paylayıcı müəssisələrin əməliyyat heyyəti cəlb edilib.

Mərkəz olaraq “Azərenerji”nin 220 kilovoltluq “Nizami” yarımstansiyası seçilən əks-qəza məşqi 11-22 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək COP 29 tədbirlərinə elektroenergetika infrastrukturunun hazırlıq səviyyəsini yüksəltmək, əməliyyat personalının praktik vərdişlərini artırmaq məqsədi daşıyır.

Xəbər lenti

Xəbər lenti