...

AÇG-dən ümumi hasilat 13 milyon ton olub

İqtisadiyyat Materials 5 Noyabr 2024 11:27 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin üçüncü rübü ərzində "Azəri-Çıraq-Günəşli"dən (AÇG) stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.

Bu barədə Trend BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin ilk üçüncü rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Məlumata görə, ilk üç rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (23 000), Mərkəzi Azəri (96 500), Qərbi Azəri (75 500), Şərqi Azəri (51 000), Dərinsulu Günəşli (57 400), Qərbi Çıraq (29 100) və ACE (6 500) platformalarından birlikdə – gündə orta hesabla 339 000 barel və ya ümumilikdə təxminən 93 milyon barel, yəni 13 milyon ton olub.

Üçüncü rübün sonunda AÇG-də ümumilikdə 147 neft hasilatı quyusu, 47 su injektoru quyusu və səkkiz qaz injektoru quyusu istismarda olub.

Cari ilin üç rübü ərzində AÇG-də 11 neft hasilatı quyusu, 2 su injektoru və şlamların yenidən laya vurulması üçün 1 quyu tamamlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti