...

Azərbaycanın belə tədbirə ev sahibliyi etməsi çox böyük əhəmiyyət daşıyır - Şamil Ayrım

Cəmiyyət Materials 5 Noyabr 2024 14:15 (UTC +04:00)
Azərbaycanın belə tədbirə ev sahibliyi etməsi çox böyük əhəmiyyət daşıyır - Şamil Ayrım
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanın iqlim dəyişikliyi mövzusunda Dini Liderlərin Qlobal Sammitinə ev sahibliyi etməsi çox böyük əhəmiyyət daşıyır.

Trend xəbər verir ki, bunu Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində Böyük Millət Məclisinin (TBMM) deputatı Şamil Ayrım deyib.

O bildirib ki, Azərbaycan ərazi bütövlüyünü təmin etdiyi bir zamanda bu daha böyük önəm daşıyır.

“Dinlərdə ekologiyanı qorumaq vacib məsələ kimi təbliğ olunur. Din iqlim dəyişikliyi ilə mübarizədə güclü rol oynaya biləcək amillərdən biridir”, - deyə deputat qeyd edib.

Qeyd edək ki, Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP 29) çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Dini qurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramı tərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilir.

Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları - Patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri, ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, həmçinin, KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti