Bakı.Trend:
Bu ilin yanvar-oktyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) bu ilin yanvar-oktyabr aylarında 6,26 milyon tondan çox tranzit yükü daşıyıb.
Trend bu barədə ADY-yə istinadən xəbər verir.
Məlumata əsasən, bu ilin 10 ayında daşınan tranzit yükünün həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz çoxdur. 2023-cü ilin yanvar-oktyabr aylarında 5,85 milyon ton tranzit yükü daşınıb.
Bundan əlavə, 2024-cü ilin oktyabr ayında daşınan tranzit yüklərin həcmi 614 584 ton təşkil edib.
Bu, 2023-cü ilin eyni ayı ilə müqayisədə (540 192 ton) 14 faiz daha çoxdur.