...

Roma Papasına sui-qəsd planı naməlum səbəbdən baş tutmayıb

Dünya xəbərləri Materials 10 Fevral 2015 14:19 (UTC +04:00)
Roma papası Fransiskin Filippinə səfəri zamanı "Cemah İslamiyyə" qruplaşmasının ekstremistləri ona qarşı sui-qəsd törətməyi planlaşdırıblar.
Roma Papasına sui-qəsd planı naməlum səbəbdən baş tutmayıb
Azərbaycan, Bakı, 10 fevral /Trend/

Roma papası Fransiskin Filippinə səfəri zamanı "Cemah İslamiyyə" qruplaşmasının ekstremistləri ona qarşı sui-qəsd törətməyi planlaşdırıblar. Trend xəbər verir ki, bu barədə İnterfaks agentliyi İtaliyanın "Corriere della Sera" qəzetinə istinadən məlumat yayıb.

Filippin polisinin məlumatına görə, "Əl-Qaidə" ilə bağlı olan terrorçular yanvarın 18-də Manilada bomba partlatmağa hazırlaşırmışlar. Ehtimallara görə, partlayıcı qurğu Papanin kartejinin keçəcəyi şəhərin mərkəzi küçələrindən birində partlamalı idi.

Polis ekstremistlərin hansı səbəbdən öz əməllərini həyata keçirə bilmədiklərini dəqiqləşdirmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti