Bakı. Trend:
Türkiyə Hərbi Hava Qüvvələri "Fərat qalxanı" əməliyyatı çərçivəsində Suriyanın Əl-Bab bölgəsində İŞİD mövqələrini atəşə tutub.
Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə qırıcıları İŞİD-ə məxsus 3 ədəd tank, 2 nəzarət məntəqəsi olmaqla terrorçuların ümumilikdə 12 mövqesinə zərbələr endirib.
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı həmin əməliyyatdan görüntüləri yayıb.