...

Roma Papasından maraqlı AÇIQLAMA: Cəhənnəm yoxdur

Dünya xəbərləri Materials 30 Mart 2018 15:35 (UTC +04:00)
Roma Papası Fransisk ateist jurnalist Eudcenio Skalfari ilə söhbətində deyib ki, cəhənnəm adlanan bir şey mövcud deyil.
Roma Papasından maraqlı AÇIQLAMA: Cəhənnəm yoxdur

Bakı. Trend:

Roma Papası Fransisk ateist jurnalist Eudcenio Skalfari ilə söhbətində deyib ki, cəhənnəm adlanan bir şey mövcud deyil.

Trend-in məlumatına görə, jurnalist pontifikin fikirlərini italyan nəşrinə danışıb:

"Kim ki, Tanrıya sığınır, tövbə edir, onun günahları bağışlanılır. Kim ki, tövbə etmir, onun günahları bağışlanılmır və o, yox olur. Cəhənnəm mövcud deyil, yalnız günahkar qəlblərin yox olması baş verir".

Qeyd edək ki, bu məlumatın dərc olunmasından sonra Vatikan bəyanatla çıxış edib. Məlum olub ki, Roma Papası müsahibəyə razılıq verməyib və bu sitat ona məxsus deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti