...

Roma Papası Fransisk KXDR-ya səfər etmək istəyir

Dünya xəbərləri Materials 15 Oktyabr 2018 07:13 (UTC +04:00)
Roma Papası Fransisk 2019-cu ilin yazında Koreya Xalq Demokrtaik Respublikasına (KXDR) səfər etmək istəyir
Roma Papası Fransisk KXDR-ya səfər etmək istəyir

Bakı. Trend:

Roma Papası Fransisk 2019-cu ilin yazında Koreya Xalq Demokrtaik Respublikasına (KXDR) səfər etmək istəyir.

Trend-in məlumatına görə, bu barədə "Yonhap News" agentliyinə Cənubi Koreyanın hakim Demokrtaik partiyasının rəhbəri Li Xve Çxan bildirib.

Agentliyin məlumatında deyilir: "Li Xve Çxan bildirib ki, onda olan məlumata görə, Roma Papası gələn yaz Şimali Koreyaya səfər etmək istəyir".

Qeyd edək ki, Cəbuni Koreya prezidenti Mun Çje İn 12-21 oktyabr tarixlərində Avropa ölkələrinə, o cümlədən Fransa, İtaliya, Vatikan, Belçika və Danimarkaya səfər edəcək. Prezident administrasiyasının məlumatına əsasən, Mun Çje İn Vatikana səfəri zamanı Roma Papasına KXDR lideri Kim Çen Inın dəvətini verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti