...

Türkiyədə yol qəzası olub, 7 nəfər yaralanıb

Dünya xəbərləri Materials 28 İyun 2020 08:07 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Sivas şəhərində iki avtomobil toqquşub.

Trend-in məlumatına görə, qəza nəticəsində 7 nəfər yaralanıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları və yanğınsöndürənlər göndərilmişdi.

Yanğınsöndürənlər avtomobildə sıxılmış vəziyyətdə qalan bəzi yaralıları xilas ediblər.

Onlar yerli xəstəxanalara yerləşdiriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti