...

Zelenski Roma Papası Fransiski Ukraynaya dəvət edib

Dünya xəbərləri Materials 23 Mart 2022 04:16 (UTC +04:00)
Zelenski Roma Papası Fransiski Ukraynaya dəvət edib

Bakı. Trend:

Ukrayna Prezidenti Vladimir Zelenski Roma Papası Fransiski Ukraynaya səfərə dəvət edib və əmin olduğunu bildirib ki, belə bir səfəri təşkil etmək olar.

Trend "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı videomüraciətində deyib.

"Səhər Papa Fransisk Həzrətləri ilə Ukrayna üçün, dövlətimiz üçün sülh axtarışları, ətrafdakı şəhərlərə humanitar dəhlizlər haqqında danışdım. Zati-müqəddəslərini müharibəyə qarşı aydın və güclü mövqeyə və Ukrayna üçün dualara görə təşəkkür etdim. Bu vacib məqamda ölkəmizə səfərə dəvət etdim. İnanıram ki, biz hər birimizə, hər bir ukraynalıya mütləq dəstək olacaq bu mühüm səfəri təşkil edə bilərik", - V. Zelenski qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti