Bakı. Trend:
Roma Papası Fransisk bazar günü Nigerdəki böhranın tez və sülh yolu ilə həllinə çağırıb.
Trend-in məlumatına görə, bu barədə xarici KİV-lər xəbər verib.
“Dünya ictimaiyyətinin sülh yolu ilə həll yolu tapmaq səylərini dəstəkləyirəm. O, mümkün qədər tez tapılmalıdır, çünki hamı bunda maraqlıdır", - pontifik dindarlara müraciət edərək deyib.
"Mən Nigerdə baş verənləri narahatlıqla izləyirəm", - deyə Papa Fransisk sözlərinə əlavə edib.
Onun bu çağırışı Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinin Nigerdəki böhranı başqa vasitələrlə həll edə bilməyəcəyi təqdirdə, bu ölkədə hərbi əməliyyata başlamaq planları fonunda səslənir.