...

Avropa Komissiyasının sabiq rəhbəri vəfat edib

Dünya xəbərləri Materials 27 Dekabr 2023 22:02 (UTC +04:00)
Avropa Komissiyasının sabiq rəhbəri vəfat edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Komissiyasının sabiq prezidenti, Fransanın siyasi və dövlət xadimi Jak Delor vəfat edib.

Trend-in məlumatına görə, bu barədə "Agence France-Presse" agentliyinə siyasətçinin qızı, Lill meri Martin Obri deyib.

Məlumata əsasən, J.Delorun 98 yaşı olub.

"O, bu səhər Parisdəki evində yuxuda ölüb", - deyə siyasətçinin qızı bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti