...

Azsaylı xalqların dili ilə bağlı dərsliklər məktəblərə göndərilib (ÖZƏL)

Cəmiyyət Materials 3 May 2024 14:26 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

2023-2024-cü tədris ili üçün I sinif “Haput dili”, I – IV siniflər üçün “Talış dili”, “Saxur dili” və “Xınalıq dili” dərslikləri çap edilərək, azsaylı xalqların kompakt yaşadıqları ərazilərdəki ümumi təhsil müəssisələrinə çatdırılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildiriblər.

Qeyd edilib ki, digər azsaylı xalqların dillərinə dair dərsliklər üzərində işlər davam etdirilir.

"Belə ki, II siniflər üçün “Haput dili”, I-II siniflər üçün “Tat dili” dərslikləri hazırlanma mərhələsindədir. Digər azsaylı xalqların dilləri üzrə layihələr işlənilir",- deyə qurumdan vurğulanıb.

Qeyd edək ki, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”ında ümumi təhsil müəssisələrinin I-IV sinifləri üçün "Azsaylı xalqların dili" fənni üzrə dərslik komplektləri hazırlandığı qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti