...

Məişət zorakılığı və erkən nikah ən diqqətçəkən mövzulardandır - TƏBİB rəsmisi

Cəmiyyət Materials 3 May 2024 16:33 (UTC +04:00)
Məişət zorakılığı və erkən nikah ən diqqətçəkən mövzulardandır - TƏBİB rəsmisi
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Araşdırmalar göstərir ki, reytinq auditoriyanın oxuduğu və ya izlədiyi məlumatlara emosional yanaşma üzərində qurulan sistemdir. Təqdim olunan material vətəndaşlarda nə qədər çox emosiya yarada bilirsə, məzmun da bir o qədər reytinqli olur.

Trend xəbər verir ki bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda Forum çərçivəsində “Sosial məsələlərin, həmçinin məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada düzgen işıqlandırılması” adlı panel sessiyada çıxışı zamanı deyib.

O qeyd edib ki, istər ölkə, istərsə də dünya mediasında sosial məsələlər, həmçinin məişət zorakılığı və erkən nikah ən diqqətçəkən mövzulardandır.

“Təsadüfi deyil ki, sözügedən məsələlərlə bağlı atılan bütün addımlar fikir mübadilələrinə daha çox səbəb olur. Bu səbəbdən də bu kimi mövzuların işıqlandırılması zamanı media nümayəndələri daha diqqətli olmalıdırlar”, - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti