...

Zöhrə Ağamirova 3 növdə finala vəsiqə qazanıb

Cəmiyyət Materials 3 May 2024 23:51 (UTC +04:00)
Zöhrə Ağamirova 3 növdə finala vəsiqə qazanıb

Bakı. Trend:

Bakıda təşkil olunan bədii gimnastika üzrə Avropa kubokunun ilk günü arxada qalıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan yığmasının lideri Zöhrə Ağamirova 3 növdə finala vəsiqə qazanıb.

O, halqa, top və lentlərlə çıxışda həlledici mərhələdə çıxış etmək hüququna yiyələnib. Zöhrə topla yarışda 33,000 bal toplayaraq, 4-cü olub. Ağamirova lentlə çıxış zamanı 31,450, halqa ilə isə 32,900 xalla Top-8-də yer alıb.

Bu nəticələrdən sonra yığmamızın lideri çoxnövçülükdə də finalda yarışacaq. Zöhrə 4 alətlə çıxışın cəmində 127,100 bal toplayıb. Millimizin daha bir üzvü Kamilla Seyidzadə (119,450) də həlledici mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, sabah Avropa kubokunda ilk medalçılar bəlli olacaq.

Xəbər lenti

Xəbər lenti