...

Asiya İnkişaf Fondu üçün Asiya-Sakit Okean regionundakı nisbətən həssas əhali qruplarına dəstək məqsədilə 5 mlrd. dollar ayrılacaq

İqtisadiyyat Materials 3 May 2024 16:00 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tbilisi. Trend:

Donorlar və Asiya İnkişaf Bankı (AİB) Asiya İnkişaf Fondu (ADF) və Texniki Yardım üçün Xüsusi Fonda (TASF) 5 milyard dollar əlavə olunması barədə razılığa gəliblər.

Trend xəbər verir ki, sözügedən öhdəlik AİB-in 57-ci illik toplantısında qəbul edilib.

Vəsait 2025-2028-ci illər ərzində qrant əməliyyatlarının dəstəklənməsinə yönəldiləcək. ADF 14-ün təqribən 22% tamamlanması doldurulması ADF 13-də əlçatan olan məbləğdən 4,1 milyard dollar çoxdur və müvafiq AİB üzvlərini tarix boyu ən iri həcmli ADF qrantları ilə təmin edəcək. TASF 8 layihələrin hazırlanmasına, potensialın artırılmasına və texniki, yaxud siyasət konsultasiyaların verilməsinə yardım edəcək qrantlar ayıracaq.

"Qrantlar heç vaxt olmadığı qədər vacibdir, çünki bizim ən yoxsul və nisbətən həssas üzvlərimiz inkişafdakı son uğursuzluqlarını geri döndürməyə və iqlim böhranı ilə mübarizə üzrə təcili tədbirlər görməyə can atır", -AİB prezidenti Masatsuqu Asakava deyib.

Bu tamamlama ADF donorlarının buna ən çox ehtiyacı olanların mühüm inkişaf problemlərinin həlli üçün AİB ilə davam edən tərəfdaşlığını nümayiş etdirir", - deyə o əlavə edib.

ADF 14, iqlim dəyişikliyinə xüsusən həssas olan, inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün, eləcə də qeyri-sabit vəziyiyətdə olan və münaqişəyə cəlb olunmuş ölkələr üçün məqsədyönlü yardıma prioritet diqqət ayırır.

ADF 14 iqlim dəyişmələrinə və təbii fəlakət riskinin azaldılmasına adaptasiyanın dəstəklənməsində mühüm rol oynamağa davam edəcək.

Tamamlamaların 2,5 milyard dollardan çoxu və ya 51%-i donorların, o cümlədən iki yeni ölkənin - Ermənistan və Gürcüstanın ödənişi hesabına maliyyələşdiriləcək. AİB ADF-yə xalis gəlir transferlərini əhəmiyyətli dərəcədə artıraraq ADF 13-də 1,2 milyard ABŞ dollarından bir qədər az məbləğdən ADF 14-də təqribən 1,6 milyard ABŞ dollarına çatdıracaq, bu isə 35% artım deməkdir.

Yerdə qalan 0,9 milyard dollar ADF-in əvvəlki tsikllərindən köçürmələri və likvidlik investisiyalarından gəlirləri əhtə edəcək. Paralel olaraq, AİB ADF 14-ün fəaliyyət dövrü ərzində çox aşağı faiz dərəcələri və uzunmüddətli ödəmə şərtləri ilə 16,7 milyard ABŞ dolları dəyərində güzəştli kredit ayırmaq niyyətindədir. Bütünlükdə, AİB donor ödənişlərinin hər dollarına görə qrant və güzəştli kreditlər formasında 8 ABŞ dollarından çox vəsait ayıra biləcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti