...

Rusiyanın Berlindəki səfirliyinin vəkili Almaniya XİN-ə çağırılıb

Dünya xəbərləri Materials 3 May 2024 19:02 (UTC +04:00)
Rusiyanın Berlindəki səfirliyinin vəkili Almaniya XİN-ə çağırılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Berlindəki səfirliyinin müvəqqəti işlər vəkili kiberhücumla əlaqədar Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Almaniya XİN məlumat yayıb.

Məlumata görə, rəsmi Berlin Rusiyanı Almaniya Sosial Demokrat Partiyası İdarə Heyətin üzvlərinin elektron poçtunun şifrəsini sındırmaqda ittiham edib.

Qeyd edək ki, Rusiya tərəfi haker hücumlarında iştirakla bağlı ittihamları dəfələrlə rədd edib. Rəsmi Moskva iddia edir ki, Almaniya hüquq-mühafizə orqanlarından kibercinayətkarların Moskva ilə əlaqələri haqqında heç bir sübut təqdim etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti