...

Bakıdakı Avropa çempionatına qatılacaq ölkələr məlum olub

İdman Materials 3 May 2024 16:07 (UTC +04:00)
Bakıdakı Avropa çempionatına qatılacaq ölkələr məlum olub

Bakı. Trend:

Bakıda ilk dəfə keçiriləcək güləş üzrə U-23 Avropa çempionatına qatılacaq ölkə və idmançıların sayı açıqlanıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, qitə birinciliyində 32 ölkədən 400-ə yaxın güləşçi mübarizə aparacaq.

Yarış mayın 20-26-da Bakı İdman Sarayında təşkil ediləcək.

Proqrama əsasən, çempionata yunan-Roma güləşçiləri start verəcək. Onlar estafeti qadın idmançılara ötürəcək. Yarışa sərbəst güləşçilər yekun vuracaq. Görüşlər hər gün saat 10:30-da start götürəcək. Avropa çempionatının təntənəli açılış mərasimi mayın 20-də saat 17:00-da başlayacaq.

Qeyd edək ki, yaxın günlərdə biletlər “İticket” şirkəti vasitəsi ilə satışa çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti