...

Ağdamın üç kəndinə köçürüləcək ailələrin sayı açıqlandı

Cəmiyyət Materials 3 May 2024 12:48 (UTC +04:00)
Ağdamın üç kəndinə köçürüləcək ailələrin sayı açıqlandı
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Bu gün işğaldan azad olunmuş əraziləri minalardan təmizlənir. Yeni və müasir şəhərlər tikilir, mədəni abidələr bərpa edilir. Diqqətə çatdırmaq istəyirəm ki, 2026-ci ilin sonunadək Ağdamın Xıdırlı kəndində 719, Sarıcalı kəndində 203, Kəngərli kəndində isə 292 evin tikintisinin başa çatdırılması nəzərdə tutulur.

Trend xəbər verir ki, bu sözləri Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Ağdam şəhərində bu gün keçirilən "Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri" adlı xüsusi sessiyada çıxışı zamanı deyib.

Qeyd edək ki, Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları işğaldan azad olunan Ağdam şəhərində səfərdədirlər. Forum çərçivəsində Ağdam Konfrans Mərkəzində “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilir.

Sessiyaya Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev moderatorluq edir.

Xəbər lenti

Xəbər lenti