...

Yoxsulluq böhranı ilə mübarizə səylərini gücləndirməliyik - AİB prezidenti

İqtisadiyyat Materials 3 May 2024 15:43 (UTC +04:00)
Yoxsulluq böhranı ilə mübarizə səylərini gücləndirməliyik - AİB prezidenti
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tbilisi. Trend:

Yoxsulluq böhranı ilə mübarizə səylərini gücləndirməliyik.

Trend xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) prezidenti Masatsuqu Asakava Tbilisidə AİB-in illik toplantılarının kuluarında jurnalistlərə deyib.

"Görüşün möhtəşəm təşkilinə görə Gürcüstana minnətdaram. Bu, Cənubi Qafqazdacəmi 2-ci görüşdür. Bir çox problemlərin arasında görüşürük. Yoxsulluq böhranı ilə mübarizə səylərini gücləndirməliyik", - o deyib.

Masatsuqu Asakava vurğulayıb ki, yoxsulluq böhranı və artmaqda olan sosial-iqtisadi qeyri-sabitliyin böyük hissəsinin həllinə dair öhdəlik dünya ictimaiyyətinin üzərinə düşür.

O qeyd edib ki, AİB məhz ümumi stratregiyanın təkcə stimul təmin etməyəcəyinə, həm də beynəlxalq əməkdaşlığın sürətini artaracağına inanan donorlarının qətiyyyətli dəstəyini yüksək qiymətləndirir. O bunun qlobal böhran şəraitində həlledici əhəmiyyət kəsb etdiyini bildirib.

"Bu əməkdaşlıq imkanları genişləndirir", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti