...

AİB üzv ölkələrdə valyuta risklərinin aradan qaldırılması üzrə işlər görür - Reyçel Tompson

İqtisadiyyat Materials 3 May 2024 17:56 (UTC +04:00)
AİB üzv ölkələrdə valyuta risklərinin aradan qaldırılması üzrə işlər görür - Reyçel Tompson
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tbilisi. Trend:

Asiya İnkişaf Bankı (AİB) üzv ölkələrdə valyuta risklərinin aradan qaldırılması üzrə işlər görür.

Trend xəbər verir ki, bu barədə AİB-in Avstraliya, Azərbaycan, Kamboca, Gürcüstan, Honq-Konq, Çin, Kiribati, Mikroneziya Federativ Ştatları, Nauru, Palau, Solomon adaları və Tuvalu üzrə icraçı direktoru Reyçel Tompson Tbilisidə AİB-in illik toplantıları çərçivəsində keçirilən "AİB-in yol xəritəsi, 2030 strategiyasının yenilənməsi" mövzusunda keçirilən panel müzakirəsində çıxışında deyib.

"Müşahidəçi mövqeyi tutmaqla problemi həll edə bilməzsiniz. Bu səbəbdən düşünürəm ki, əsas korporativ strategiyamızın bu müvəqqəti görüşü ilə həqiqətən etməyə çalışdığımız işin əsasında təşkilat olaraq problemi müşahidə etməkdən kənara çıxaraq real həllər təklif etməyimizin müəyyən edilməsi dayanmalıdır. Bu həllər bütün üzv ölkələrimiz üçün transformativ xarakter daşıyacaq. Fikrimcə, bir çox üzv ölkələr üçün şübhəsiz, çox mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri valyuta risklərini idarə etməkdə onlara daha çox köməklik göstərməyimiz barədə düşünməkdir. Düşünürəm ki, biz bu prosesə başlayırıq", - o deyib.

Tompson həmçinin qeyd edib ki, AİB digər mənbələrdən maliyyə vəsaiti əldə etmək üçün daha çoxunu edə bilər.

"Üzv ölkələrə onların milli planlarına və bizim strateji ambisiyalarımıza uyğun tədbirlər görmək üçün daha çox maliyyə məkanı yaratmaqda necə köməklik göstərə biləcəyimiz barədə düşünürük. Xüsusilə adaptasiya üçün həqiqətən qrantlar tələb olunacaq və düşünürəm ki, bu, problemlərin təsirlərinə ciddi şəkildə məruz qaldıqlarını ilk olaraq göstərəcək Sakit Okean regionundan olan üzv ölkələri üçün qəti şəkildə təkiddir. Fikrimcə, digər mənbələrdən maliyyələş vəsaiti təmin etmək üçün bir qurum olaraq edə biləcəyimiz daha çox şey var", - deyə o əlavə edib.

Qeyd edək ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illik toplantının mövzusu "Gələcəyə Körpü"dür.

İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq. Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu, ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİB prezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcə də, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxış edəcəklər.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti