Bakı. Trend:
Rusiya hökuməti şəkərin ixracına müvəqqəti qadağa qoyub.
Trend xəbər verir ki, hökumət bu qərarı daxili ərzaq bazarının sabitliyini qorumaq məqsədi daşıdığını bildirib.
Məhdudiyyət bu il avqustun 31-dək qüvvədədir. Eyni zamanda, Avrasiya İqtisadi Birliyinin (Aİİ) dörd ölkəsinə məhdud səviyyədə ixraca icazə veriləcək: Ermənistana 28 min ton; Belarusa 5 min ton; Qazaxıstana 120 min ton; Qırğızıstana 28,5 min ton.