...

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb (YENİLƏNİB)

Cəmiyyət Materials 4 May 2024 07:48 (UTC +04:00)

Bakı. Trend:

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa olunaraq, əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə Trend-ə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

XXX

23:17

Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Trend xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.

Bildirilib ki, məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.

Xəbər lenti

Xəbər lenti