...

“İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilib (FOTO) (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 3 May 2024 17:02 (UTC +04:00)
“İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilib (FOTO) (ƏLAVƏ OLUNUB)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 3-də Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda forum başa çatıb.

Trend xəbər verir ki, forumda dövlət qurumlarının nümayəndələri, media qurumlarının nüamayəndələri, vətəndaş cəmiyyəti təşkilatlarının rəhbərləri və digər qonaqlar iştirak edib.

Tədbirin əvvəlində Azərbaycan Dövlət Himninin səsləndirilib, Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirin rəsmi açılış hissəsini Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov açıq elan edərək Azərbaycanda medianın inkişafından və qarşıda dayanan vəzifələr haqqında danışıb.

Daha sonra əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxış edərək medianın ictimai proseslərin işlıqlandırılmasında rolundan bəhs ediblər.

Daha sonra forum işini panel müzakirələri ilə davam etdirilib.

“Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə”, “Sosial məsələlərin, həmçinin məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada düzgün işıqlandırılması”, “Mediada kiberbullinqə qarşı effektiv mübarizə və kiber maarifləndirmə”, “Yaşıl dünya naminə həmrəylik ilində media gündəmi” mövzularında panel müzakirələri keçirilib.

Xəbər lenti

Xəbər lenti