...

UEFA oyunçu sayını 26-ya yüksəldib

İdman Materials 4 May 2024 03:17 (UTC +04:00)
UEFA oyunçu sayını 26-ya yüksəldib

Bakı. Trend:

UEFA AVRO-2024-ün iştirak ərizəsi ilə bağlı yekun qərarı açıqlayıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, yığmalar final mərhələsində 26 futbolçu sifariş edə biləcəklər.

Qərar iyunun 7-dən qüvvəyə minəcək. Bu barədə UEFA rəsmı açıqlama verib: “İyunun 7-dən etibarən AVRO-2024-də komandaların iştirak ərizəsində futbolçuların sayı 23-dən 26-ya yüksələcək”.

Covid-19 pandemiyası ilə əlaqədar AVRO-2020-də UEFA heyətdəki futbolçuların sayını 26-ya yüksəltmişdi. Qurum bu dəfə də eyni addımı atıb.

Qeyd edək ki, Almaniyada təşkil olunacaq Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti