Bakı. Trend:
Parlaq Bankçılıqda karyera qurmaq istəyən tələbə və yeni məzun
olmuş gənclər üçün əla fürsət! Yelo Bank nəhayət ki, çox gözlənilən
“Summer Challenge 2024” təcrübə proqramına qeydiyyatı açıq elan
edir.
İştirakçılar müasir Agile metodologiyasının tətbiq edildiyi
korporativ mühitdə yeni biliklər və bacarıqlar əldə etməklə yanaşı,
proqramı uğurla başa vurduqdan sonra Yelo Bank-da iş imkanı əldə
edə biləcəklər. Namizədlər aşağıdakı keyfiyyətlərə görə
dəyərləndiriləcəklər:
- Təşəbbüskarlıq və öyrənmə həvəsi;
- Pozitiv və kreativ düşüncə;
- Analitik və tənqidi düşüncə;
- Komandada işləmək bacarığı.
İştirakçılar sahib olduqları keyfiyyət və bacarıqlara əsasən 2-3 ay
ərzində İnsan Kapitalının İdarəedilməsi, Alternativ Kanallar ilə
Satış, Mühasibatlıq və Mütləq hesabatlılıq, Proqram Təminatının
İnkişafı, Brendin İdarəedilməsi, Risklərin İdarəedilməsi
departamentləri və Bankın filial şəbəkəsində təcrübə
keçəcəklər.
Müraciət etmək istəyənlər 25 may, 2024-cü il tarixinədək aşağıdakı
linkdə qeydiyyatdan keçməlidirlər: http://bit.ly/44unQdg
Seçilmə şansını daha da artırmaq istəyirsinizsə, “Nəyə görə mən və
Yelo?” mövzusunda maksimum 90 saniyəlik video çəkərək Google Drive
linkini [email protected] ünvanına “Summer Challenge
2024” mövzusu ilə göndərə bilərsiniz. Yerlər məhduddur, bu şansdan
yararlanmağa tələsin. Bütün namizədlərə uğurlar!
Yelo Bank
təcrübə proqramı haqqında əlavə sualınız var? O zaman 981
nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!