Bakı. Trend:
İpoteka və Kredit Zəmanət Fondu tərəfindən sahibkarlıq kreditlərinə zəmanət və faiz subsidiyalarının verilməsi mexanizmi çərçivəsində çoxsaylı sahibkarların maliyyə mənbələrinə çıxış imkanları təmin edilib.
Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) kredit zəmanət departamentinin direktoru Elşən Kərimov deyib.
O qeyd edib ki, bu il mayın 1-nə İpoteka və Kredit Zəmanət Fondu tərəfindən sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470 milyon manata çatıb.
“Fond üzərinə 50 milyon manatdan çox subsidiya öhdəliyi götürüb. Bu öhdəliklərin artıq 40 milyon manatı sahibkarların müvəkkil banklardan götürdükləri kredit faizlərinin ödənilməsinə yönəldilib”, - deyə Elşən Kərimov əlavə edib.
Elşən Kərimovun sözlərinə görə, zəmanət verilmiş kreditlərin maliyyələşdirildiyi layihələrdə zəmanət verilən tarixə 33,5 min nəfərdən artıq insan çalışıb və əlavə olaraq 5,9 mindən çox yeni iş yerinin açılmasına şərait yaradılıb.
(Tərcümə: Rəna Əbdürəhmanova)