Bakı. Trend:
Türkiyənin İstanbul şəhərinin Bəyoğlu rayonunda məktəb ərazisində 30 mərmi tapılıb.
Trend bu barədə türk KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, hadisə Bəyoğlu rayonundakı İmam Hatip liseyi binasının tikinti meydançasında baş verib.
Belə ki, tikinti zamanı fəhlələr 30 mərmi aşkar edib. Sursat qazıntı işləri zamanı tapılıb.