...

Siyasi sabitlik Cənubi Qafqaz üçün çox vacibdir - AİB prezidenti

Siyasət Materials 3 May 2024 16:04 (UTC +04:00)
Siyasi sabitlik Cənubi Qafqaz üçün çox vacibdir - AİB prezidenti
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tbilisi. Trend:

Siyasi sabitlik Cənubi Qafqaz üçün çox vacibdir.

Bu barədə Trend-in sualına cavab olaraq Asiya İnkişaf Bankının (AİB) prezidenti Masatsuqu Asakava Tbilisidə AİB-in illik toplantılarının kuluarında keçirilən brifinqdə deyib.

"Siyasi sabitlik və təhlükəsizlik bütün dünyada, o cümlədən Azərbaycan və Ermənistanda sülh, inkişaf və tərəqqi üçün çox vacibdir. Ümid edirəm ki, dünya liderləri sülh və sabitlik naminə birgə çalışamağa davam edəcəklər. AİB Cənubi Qafqaz da daxil olmaqla, ölkələr arasında dostluğu möhkəmləndirməyə köməklik göstərib. Bunu davam etdirməkdə tam qətiyyətliyik", - o deyib.

Qeyd edək ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illik toplantının mövzusu "Gələcəyə Körpü"dür.

İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq. Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu, ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİB prezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcə də, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxış edəcəklər.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti