Bakı. Trend:
bp-nin Azərbaycandakı bütün layihələrə investisiyalarının ümumi həcmi mayın əvvəlinə 85 milyard ABŞ dolları olub.
Trend xəbər verir ki, bunu bp-nin Yaxın Şərq və Xəzər Regionunda Kommunikasiyalar və Xarici Əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakı Mühəndislik Universitetində informasiya texnologiyaları və kibertəhlükəsizlik üzrə laboratoriyanın açılış mərasimindəki çıxışında deyib.
"Azərbaycanın strateji tərəfdaşı olaraq ölkənin dayanıqlı inkişafını dəstəkləyirik. Söhbət təkcə biznes layihələrdən deyil, həm də Azərbaycanın həyat fəaliyyətinə müsbət təsir göstərə biləcək sosial təşəbbüslərin maliyyələşdirilməsindən gedir", - o deyib.
Qeyd edək ki, mayın 3-də bp Azərbaycandakı fəaliyyəti çərçivəsində Bakı Mühəndislik Universitetində informasiya texnologiyaları və kibertəhlükəsizlik üzrə laboratoriya açıb.
(Tərcümə: Rəna Əbdürəhmanova)