Tbilisi. Trend:
Asiya İnkişaf Bankı (AİB) tərəfindən maliyyələşdirilən bütün layihələr dayanıqlı inkişafı nəzərə alacaq.
Trend xəbər verir ki, bu barədə AİB-in baş direktor müavini, satınalmalar, portfel və maliyyə idarəetməsi departamentinin satınalmalar üzrə baş mütəxəssisi Ceff Teylor Tbilisidə AİB-in illik toplantıları çərçivəsində keçirilən "Dayanıqlı satınalmalar - AİB-in iqlim dəyişmələrinin nəticələrinin yüngülləşdirilməsi və onlara adaptasiya üzrə hədəflərinin əldə olunmasına töhfə" mövzusunda panel müzakirəsində çıxışında deyib.
"Biz maliyyə institutuyuq, vəsait təmin edirik və bu, iqlim dəyişikliyini nəticələrini yumşaltmaq üçün kredit, qrant, təminat və digər maliyyələşdirmə mexanizmləri vasitəsilə baş verə bilər.
Biz bu vəsaitdən dayanıqlı inkişaf və dayanıqlı satınalma strategiyalarının icrası üçün istifadə edəcəyik ki, bu da qismən satınalma sahəsində etdiyimiz hər şeyin əsasını təşkil edəcək", - o deyib.
Teylor bankın müsbət töhfə verməyə çalışdığı ikinci üsulun texniki təcrübə olduğunu qeyd edib.
"Hazırda dayanıqlı satınalma məsələləri üzrə çox dolğun danışıqlar gedir və həqiqətən, AİB-in bu istiqamətdə liderlik etməsindən çox şadam. Dayanıqlı satınalmalarda iştirak etmək və töhfə vermək üçün potensialımızı artırırıq", - o deyib.
Teylor köhnə satınalmaların əhəmiyyətli dərəcədə prosesə yönəldiyini və tender təklifləri axını ilə məhdudlaşdığını qeyd edib.
"Köhnə satınalmalardan fərqli olaraq, dayanıqlı satınalmalar təkcə tranzaksiya prosesinin deyil, həm də layihənin dizaynının nəzərdən keçirilməsini, bütöv yanaşma trələb edir. Dayanıqlı satınalmanın faydaları, əslində, çox barizdir. Buraya cəmiyyətlər üçün iqtisadi rəqabət üstünlüyü daxildir. Bu, iqtisadi və sosial inkişaf, dövri iqtisadi faydaların əldə olunması, idarəetmənin yaxşılaşdırılması, eləcə də, təchizat zəncirinin və ölkənin dayanıqlığının artırılmasına yönəlib", - deyə o son olaraq bildirib.
(Tərcümə: Rəna Əbdürəhmanova)