...

Azərbaycan XİN Böyük Britaniya səfirinə cavab verdi

Siyasət Materials 3 May 2024 16:24 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda media Böyük Britaniyadakı kimi azad, demokratik, sabit və firavandır.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auldun paylaşımına cavab olaraq "X" sosial şəbəkə hesabında qeyd edib.

"Səfir, Azərbaycanda media azadlığının hərtərəfli araşdırılmasını gözdən qaçıran dar perspektivə köklənən iddianızda ədalətlilik və qərəzsizlik yoxdur", -deyə əlavə edilib.

Qeyd edək ki, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld "X" sosial şəbəkə hesabında Azərbaycan mediasına qarşı əsassız tənqidi fikir səsləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti