...

Geomaqnit qasırğası müşahidə olunur

Cəmiyyət Materials 3 May 2024 09:50 (UTC +04:00)
Geomaqnit qasırğası müşahidə olunur
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Günəşdə bir neçə oblastda baş verən M sinif M 1.0 və M 2.7 alışmaları səbəbindən Günəş aktivliyinin səviyyəsi artıb. Lakin Yerə yönələn tac kütlə atmaları müşahidə edilməyib.

Trend xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.

Bildirilib ki, Günəş aktivliyi M (R1-R2 mülayim orta) və müəyyən ehtimalla X (R3-güclü) səviyyədə olacaq. 03-05 may tarixlərində aktivlik səviyyəsi azalacaq. Hazırda geomaqnit qasırğanın səviyyəsi yüksəkdir. G2 geomaqnit qasırğa səviyyəsində olan geomaqnit sahəsindəki artım günortaya, saat 15.00 radələrinə kimi davam edəcək, qasırğa səviyyəsi G1 səviyyəsinə və daha sonra normal hala enəcək. Saat 15.00-dan sonra maqnit qasırğa aktivliyini göstərən əmsal normal fon səviyyəsində olacaq.

Xəbər lenti

Xəbər lenti