...

Türkiyədə ağır qəza - "Akkuyu"nun iki əməkdaşı ölüb

Dünya xəbərləri Materials 29 İyun 2024 14:27 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Mersin vilayətinin Silifke rayonunda "Akkuyu" AES-in işçilərini daşıyan avtobus qəza törədib.

Trend xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, avtobus qarşı zolağa keçərək digər bir avtobus və minik avtomobili ilə toqquşub.

Nəticədə, "Akkuyu"nun iki əməkdaşı ölüb, 35 nəfər yaralanıb.

Yaralılar xəstəxanalara yerləşdiriliblər.

Xəbər lenti

Xəbər lenti