...

Tbilisidən Azərbaycan sərhədinə qədər yeni yolun tikintisi bu ilin sonuna başa çatacaq

Cəmiyyət Materials 30 İyun 2024 02:54 (UTC +04:00)
Tbilisidən Azərbaycan sərhədinə qədər yeni yolun tikintisi bu ilin sonuna başa çatacaq

Bakı. Trend:

Gürcüstanın paytaxtından Azərbaycanla sərhədə qədər yeni Tbilisi-Saqareco (Kaxeti) sürətli avtomobil yolunun tikintisi fəal şəkildə davam edir. Dördzolaqlı beton yolun tikintisi 2024-cü ildə başa çatdırılacaq.

Trend xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentindən məlumat verilib.

Bildirilib ki, yolun Tbilisi-Saqareco hissəsi Tbilisi və Kaxeti bölgəsini birləşdirən əsas magistralın, eləcə də Gürcüstanı Azərbaycanın şimal-qərb regionu ilə birləşdirən tranzit dəhlizin bir hissəsidir. Ümumi uzunluğu 35 kilometr olan Tbilisi-Saqareco yolunun tikintisi üç hissəyə - Vaziani dolama yolu, Vaziani-Saqareco yolu və Saqareco dolama yoluna bölünüb.

Layihə çərçivəsində dördzolaqlı beton avtomobil yolu tikilir. Yolun birinci hissəsi olan Vaziani dolama yolu keçən il istifadəyə verilib və yeni yolun dörd kilometrlik hissəsi artıq nəqliyyat vasitələrinin istifadəsindədir. Ümumi uzunluğu 31 kilometr olan qalan iki hissədə işlər aktiv şəkildə davam etdirilir və bu il başa çatdırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti