...

Dağlıq Qarabağdakı qondarma "seçkilər" legitim deyil - Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 İyul 2012 18:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir A.Tağıyeva/

Bu yaxınlarda Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər" legitim deyil və hüquqi əsası yoxdur, çünki Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu barədə bazar ertəsi Trend-ə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı bildirib.

"Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Əgər orada hansısa seçkilər keçirləcəksə, bu, Azərbaycan Respublikasının seçkiləri olacaq", - Akıncı deyib.

O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü ATƏT-in Minsk qrupu, BMT və digər beynəlxalq təşkilatlar tərəfindən tanınıb.

Akıncının sözlərinə görə, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası və türkdilli dövlətlər Dağlıq Qarabağdakı qondarma "seçkilər"i tanımır və Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi uğrunda ədalətli mübarizəsini dəstəkləyir.

Xatırladaq ki, iyulun 19-da dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan separatçı Dağlıq Qarabağda qondarma "prezident seçkiləri" keçirilib.

Xəbər lenti

Xəbər lenti