...

Qəzza zolağına dərman və humanitar yardımın çatdırılması barədə razılıq əldə olunub

Gündəm Materials 17 Yanvar 2024 00:26 (UTC +04:00)
Qəzza zolağına dərman və humanitar yardımın çatdırılması barədə razılıq əldə olunub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail və Fələstinin "HƏMAS" hərəkatı Qətər və Fransanın vasitəçiliyi ilə Qəzza zolağına dərman və humanitar yardımın tədarükü ilə bağlı razılığa gəlib.

Trend-in məlumatına görə, bu barədə Qətərin Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Bildirilib ki, razılığa əsasən Qəzza zolağında saxlanılan girovlara tibbi ləvazimatların verilməsi müqabilində ən çox zərər çəkmiş ərazilər də daxil olmaqla Qəzza zolağında mülki əhaliyə humanitar yardımın çatdırılmasın nəzərdə tutur.

Məlumata əsasən, yanvarın 17-də Qətər Hərbi Hava Qüvvələrinə məxsus iki nəqliyyat təyyarəsi Sinay yarımadasının şimalında yerləşən Rəfah sərhəd-keçid məntəqəsi vasitəsilə Misirin Əl-Əriş şəhərinə tibbi ləvazimat və humanitar yardım çatdıracaq və oradan Fələstin anklavına aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti