...

İsrail girovların azad edilməsi müqabilində Qəzzada döyüşləri dayandırmayacaq

Gündəm Materials 21 Yanvar 2024 23:03 (UTC +04:00)
İsrail girovların azad edilməsi müqabilində Qəzzada döyüşləri dayandırmayacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Fələstinin "Həmas" hərəkatının anklavda saxlanılan bütün israilli girovların azad edilməsi müqabilində Qəzza zolağında hərbi əməliyyatların dayandırılması tələbini rədd edir.

Trend-in məlumatına görə, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu deyib.

B.Netanyahu bildirib ki, "HƏMAS" israilli girovların azad edilməsi müqabilində müharibənin dayandırılmasını, İsrail qüvvələrinin Qəzza zolağından çıxarılmasını və "HƏMAS"a toxunulmazlıq tələb edib. Baş nazir qeyd edib ki, bu şərtlərlə razılaşmaq hərbçilərin itkisinə və vətəndaşların təhlükəsizliyinin təmin oluna bilməməsinə gətirib çıxaracaq.

"Mən İsrailin təhlükəsizliyinə zərər vuran belə bir kritik zərbə ilə razılaşa bilmərəm, ona görə də buna razı olmayacağıq", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti