...

UEFA həftənin ən yaxşılarını açıqlayıb

İdman Materials 4 May 2024 06:36 (UTC +04:00)
UEFA həftənin ən yaxşılarını açıqlayıb

Bakı. Trend:

UEFA Avrokuboklarda həftənin ən yaxşılarının adlarını açıqlayıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Çempionlar Liqasında Vinisius Junior fərqlənib.

Braziliyalı forvard yarımfinalın ilk matçında “Bavariya”nın (2:2) qapısından 2 top keçirib. Avropa Liqasında isə “Bayer”in yarımmüdafiəçisi Robert Ayndrix ən yaxşı seçilib. O, “Roma” ilə qarşılaşmada 2-ci qolun müəllifi olub (2:0).

Konfrans Liqasında “het-trik” edən “Olimpiakos”un hücumçusu Ayub El-Kabi ən yaxşı seçilib. O, səfərdə “Aston Villa” ilə 2:4 başa çatan görüşdə 3 qol vurub.

Qeyd edək ki, hər 3 turnirdə cavab matçları gələn həftə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti