...

Azərbaycanda internetin sürəti 30 faiz artıb

Gündəm Materials 24 Yanvar 2024 12:20 (UTC +04:00)
Azərbaycanda internetin sürəti 30 faiz artıb
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda genişzolaqlı internetin sürəti son 12 ayda artaraq, ortalama 35,25 Mbit/s-i keçib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Trend-ə bildirilib ki, 2022-ci ilin dekabr ayında internetin sürəti 27,15 Mbit/s olub ki, bu da 30 faiz artım deməkdir.

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində müxtəlif tutumlu mis kabellər və əvvəlki dirəklər istismardan çıxarılaraq kütləvi şəkildə müasir standartlara cavab verən fiber-optik kabellərlə və yeni dirəklərlə əvəzlənir.

Burada əsas məqsəd dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində minimum 25 Mbit/s internet sürəti ilə ölkənin əksər regionlarını əhatə edən genişzolaqlı şəbəkə qurmaqdan ibarətdir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti