...

Rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirləri iki nazirliyə tapşırıldı

Siyasət Materials 1 İyun 2015 23:53 (UTC +04:00)
Prezident İlham Əliyev “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirləri iki nazirliyə tapşırıldı

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Prezident İlham Əliyev "Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Dəyişikliklərə əsasən, fərmanın IV bəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir:
"Rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirləri Azərbaycan Respublikasının Milli Təhlükəsizlik və Daxili İşlər nazirlikləri tərəfindən avtonom rejimdə istismar olunan avadanlıqlar tətbiq edilməklə həyata keçirilir".

Xəbər lenti

Xəbər lenti