...

AŞPA-da Ermənistandan Azərbaycana qarşı növbəti düşmənçilik

Siyasət Materials 25 Yanvar 2024 19:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) ölkəmizə qarşı növbəti düşmənçilik addımları bu ölkənin sülh və dialoqda maraqlı olmadığını bir daha nümayiş etdirib.

Trend xəbər verir ki, yanvarın 24-də AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqləməməsinə ən çox çalışan nümayəndə heyəti elə Ermənistan parlamentinin vitse-spikeri və Ermənistan-Türkiyə normallaşma prosesində əsas şəxslərdən olan Ruben Rubinyanın rəhbərlik etdiyi heyət olub.

Daim sülh və dialoqdan danışan Rubinyan bu çirkin və məkrli kampaniya və addımları ilə sübut edib ki, onun bölgədə sülh və dialoq yaradılmasına çağırışlarının heç bir əsası yoxdur.

Qeyd edəki ki, AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti